İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş oxucu konfransı keçirilib

Astara rayon Mərkəzi kitabxanasında Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş oxucu konfransı keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nazim Fərəməzov tədbirdə çıxış edərək görkəmli nasir və dramaturqun zəngin ədəbi irsi Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 16 yanvar tarixli sərəncamına əsasən İlyas Əfəndiyevin 100 illik yubileyi ölkəmizdə geniş qeyd edilir. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31