Zöhrə Abdullayeva: “Dodaqlarına iki soğan qatsalar yaxşı kotlet çıxar”
Dodaqlarını şişirdən müğənnilərə “Düz üzünə”də mesaj göndərdi
2 May 2014 15:42 Mədəniyyət"Düz üzünə" verilişinin növbəti çəkilişində qonaq olan əməkdar artist Zöhrə Abdullayeva dodaqlarını hədsiz dərəcədə şişirdən xanım həmkarlarına mesaj göndərdi - "Dodaqlarına iki soğan qatsalar yaxşı kotlet çıxar". Ay Zöhrə xanım, dilini sakit saxla də. Sənin nəyinə lazım dodaqlar kotletlikdi, pitilikdi. Özləri bilər. Bundan başqa, Zöhrə xanım Məmmədbağır Bağırzadə ilə münasibətlərinə tam aydınlıq gətirdi. Anası ilə bağlı verilən sual isə Zöhrə xanımı o ki var ağlatdı. Müğənniyə haqsız iddia atan xanım müğənnini isə Zöhrə xanım ağ yudu, qara sərdi. Bütün bunları və Vüqar Əhmədin illərlə gizli saxladığı Zöhrə xanımla bağlı sirri may ayının 6-da saat 22:00-da ATV kanalında "Düz üzünə" verilişində izləyə bilərsiniz. Zöhrə xanımın ağzından od kimi püskürən diğər sözləri isə mənim dilimdən yox, Zöhrə xanımın öz dilindən eşitsəniz yaxşıdı ("OLAYLAR").
Alim Nəbioğlu