Tarixin zibilliyi üçün yazmaq

Bədii nümunələrlə yayılan ənənələr həmişə oxucu kütləsi tərəfindən maraqla qarşılanıb. Ədəbi məhsullarla özünə xas təsir sahəsi əmələ gətirən ədəbiyyat bəzi nəticələrin təyinedici və triqqer ünsürü kimi əhəmiyyətini bir qədər də artırır. Ədəbiyyat hər mənada bir cəmiyyətin, böyük bir ölkənin fikir mənbəyidir. İnkişaf edən hadisələrə qarşı ədəbiyyat tarixlərin istənilən qovşağında hiss və duyğuları ilə yol göstərir. Yeni dünyanın bürkülü xarakteri və əks effektilə hansı mühitdə mübarizə aparmaq üçün gerçək mənada, məsələn Drayzerin "Amerika faciəsi" kimi iqtisadiyyat, ya sosiologiya kitabı göstərmək mümkün deyil. Ədəbiyyatın Azərbaycan üzərində hansı sürətlə və hansı istiqamətdə inkişaf etdiyini göstərmək yazının əsas mövzusu deyil. Ədəbiyyatdan nə gözləyirik? Ədəbiyyat sevgimiz hansı səviyyədədir? Ya da ədəbiyyatı öz baxış kontekstmizdən nə kimi görürürk? Nəhayət, ona hansı donu biçmişik? Bunlar üzərində düşünmək və nəticə ortaya qoymaq məcburiyyətindəyik. Nəzəri infrastrukturuna şəkil verilmədən ortaya qoyulan məhsullar ancaq nəzəri əskikliyimizi bizə başa salacaq. Bundan başqa bir şey gözləmək də sadəlövhlük olardı. Azərbaycanda "ədəbiyyat yaratmaq" kimi bir deyim var. Mövzudan uzaqlaşanlara, ya da heç bir qiyməti olmayan sözlərlə özünü təsdiq etməyə çalışanlara bir kəlimə demək lazımdır: "Ədəbiyyat bizi yaradır". Söz ədəbiyyatın bizim üçün nə məna kəsb etdiyi haqqında ip ucu verir. Heç bir yaxşılıq ani vaxtda səbəbsiz ortaya çıxmır. Yaxşı kitab oxumaq istəmək yaxşı yemək yeməyi istəmək qədər "əxlaq məsələsi" olmadağı müddətə qədər ancaq kibernetika inkişaf edəcək, ədəbiyyat yox. Heç bir pislik də bir ani vaxt ortaya çıxmır. Ədəbiyyata şəxsi arqumentlərini beyinlərlə yeritmək üçün yanaşmaq məsuliyyətsizlikdir. Bu həm də əxlaqsızlıqdır. Ədəbiyyat müstəvisində bu günki Azərbaycan oxucusu, istərsə də yazıçısı ədəbi proseslərə öz baxış bucağını müəyyən etmək səyindədir. Kimisi üçün ədəbiyyat sloqan atmaq, kimisi də vəcdə gəlmək üçün seçdiyi sahədir. Ədəbiyyat insan axınının əksinə prizma ortaya qoymağı bacarmalıdır. Çünki axış səhv ola bilər. Yönləndirməlidir, insanların sosial, iqtisadi, mədəni, siyasi ağrılarını özündə əks etdirən müzakirələrdə aqrument kimi gətirilən fakt olmalıdır. Mübarizə ədəbiyyatı - bu inasanlığa xidmətdir. İnsanlar çox vaxt rahat şəkildə edilən haqsız hücumlardan ruhən və mənən sarsılırlar. Ədəbiyyat beyinlərdə inqilab etməyi bacarmalıdır. Yazıçı fikir verməlidir, düşüncə terrorçusu olmamalıdır. Estetik dəyərləri, ədəbi meyarı darmadağın edən, bu gün heç kimin oxumadığı, içi boş, ucuz və alçaq sözlərin hücum etdiyi kitablar qarşısında barrikada qurulmalıdır. Qabaqcıl, mürtəce, hər cür cərəyanın monopoliyasını əllərində tutan ədəbi qansterlər yaradıcılıq adı altında şəbəkə yaratmaq arxasındadırlarsa, bu "ədəbiyyat yoxdur" deməkdir. Ədəbiyyata estetik anlayış gətirilməlidir. Quru və yalançı realizmin hökm sürdüyü axmaq və kənd romanlarının qabağa çıxarıldığı dövürdə həmişə müasir qalacaq əsər yazmaq möcüzəvi işə çevrilib. Bu gün yazılan bir əsər yüz il sonra ədəbiyyat iqtidarını əlində saxlayan ədəbi diktator olmalıdır. İnqilabi xarakterli ədəbiyyat məhsulu rəfə qoymaq üçün şəbəkələşməkdən uzaq dayanmaq vacibdir. Kənd romanı yazmaqla hər şeyi kiçik arela sıxışdırıb boğucu ədəbi mühitə ancaq sarkastik bir göndəriş etmək olar. Tarixin zibilliyinə qarışmaq lazım deyil.

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31