"Muhteşem yüzyıl"ın ulduzu tərbiyəsizlik etdi

Türkiyənin ən populyar teleserialı "Muhteşem yüzyıl"ın ulduzu, "Atmaca" rolundan sonra daha da məşhurlaşan aktyor Sarp Akkaya jurnalistlərə qarşı tərbiyəsizlik edib.  Milli.Az AHT-yə istinadən bildirir ki, İstanbulun Taksim səmtindəki restoranlardan birində iki qadınla nahar edərkən reportyorları görən aktyor sinirlənib. "Bura gəl, oğlan! Tez buraya gəl!" bağıran aktyora reportyor "Əvvəlcə danışığını düzəlt" cavabını verib.

Pərt olmuş aktyor eybini ört-basdır etməyə çalışıb.  "Bu xanımlar qohumlarımdır. Hər şey siz düşündüyünüz kimi deyil. Tərbiyəsizlik etdiyimi də düşünməyin, lütfən", - aktyor söyləyib və qarşısında oturan qadınlardan birinin yanağını çimdikləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31