Nizami Gəncəvi irsi dünyada təbliğ olunacaq
28 Aprel 2014 13:08 MədəniyyətBakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) İdarə Heyətinin VI Beynəlxalq toplantısı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, toplantıda Mərkəzin İdarə Heyətinin üzvləri - Vayra Vike-Frayberqa, İsmail Serageldin, Tarja Halonen, Petar Stoyanov, Giuli Alasania, Valter Fyust, Farida Allagahi, Ahmed Nasem Şah, Nazim İbrahimov və Elmar Vəliyev iştirak edib. Toplantıda Mərkəzin gördüyü işlər haqqında hesabat dinlənilib, təşkilatın qeydiyyatı, büdcəsi, nizamnaməsi, strukturu, eləcə də Nizamin Gəncəvi irsinin təbliği, həyata keçiriləcək layihələr, qarşıda duran vəzifələr, qurumun gələcək fəaliyyət istiqamətləri ilə bağlı İsmayıl Serageldinin hazırladığı Akademik proqram layihəsi müzakirə edilib. Toplantı iştirakçıları eyni zamandaAzərbaycan Prezidenti İlham Əliyevlə görüş barədə təəssüratlarını bölüşüblər. Müzakirələr zamanı Nizami Gəncəvinin orta və ali məktəblərdə tədrisi, Nizami irsinin bütün dünyada, eləcə də qərbdə təbliği, əsərlərinin müxtəlif dillərə tərcümə olunmasının zərurliyi vurğulanıb.