Heydər Əliyev Mərkəzi üzərində video installyasiya nümayiş etdirilib

 Heydər Əliyev Mərkəzinin binası üzərində videomappinq-installyasiya nümayiş etdirilib.APA-nın məlumatına görə, installyasiyanın süjeti Azərbaycan incəsənətini əhatə edib.Paytaxt sakinləri 15 dəqiqəlik şou ərzində Qobustan qayaüstü rəsmlərinin yarandığı dövrdən bu günə qədər Azərbaycan incəsənətinin müxtəlif dövrlərinə səyahət edib, ən önəmli hadisələri, ən maraqlı və dəyərli sənət nümunələrini müasir audio-vizual formatda izləyiblər.İnstallyasiya tanınmış pianoçu-bəstəkar İsfar Sarabskinin musiqisinin müşayiəti ilə təqdim olunub.Video installyasiya "Hypnotica Visual Performance" komandası tərəfindən təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31