«Kino qurumlarının sayı çox olmalıdır»-MÖVQE

İntiqam Hacılı: «Birlikdə olub, kino istehsalını artırmalıyıq»

Keşməkeşli həyat yolu keçən Azərbaycan kinosu bu gün nə az, nə çox, düz 114 yaşını qeyd edir. Bəs gəlin görək Azərbaycan kinosu bu illər ərzində nələrə nail olub? Kinomuzun bugünkü durumu nə vəziyyətdədir? 
Kinoyazar Mərkəzinin direktoru, ssenarist İntiqam Hacılı Milli Kino Günündə Azərbaycan kinosundan eksklüziv "Olaylar"a danışdı.  


- İntiqam bəy, Azərbaycan kinosunun bugünkü durumunu necə qiymətləndirirsiniz?
- İlk olaraq bütün kino işçilərini Milli Kino Günü münasibətilə təbrik edirəm.  İndisə keçək kinoumuzun bügünkü durumuna. Düzdür, son proseslər kino adamlarını iki cəbhəyə ayırdı. Mən özüm heç bir kino ittifaqının üzvü deyiləm. Kino işçilərinin əksəriyyət ilə də münasibətim var. Və hamısına da öz işlərində uğurlar arzulayıram. Amma ümumi baхanda Azərbaycan kinosunun bugünkü durumunu tam mənfi qiymətləndirmək olmaz. Çünki formasından asılı olmayaraq istehsalat, proses var. Bunları görməmək mumkün deyil.

Mədəniyyət və Turizm Nazirliyinin "Azərbaycanfilm" Kinostudiyasında həyata keçirdiyi layihələr var. Ən əsası ildə 2-3 tammetrajlı bədii film çəkilir, bəzən bunun sayı 3-4-ə də qalxır. Sənədli filmlər istehsal olunur. Bu filmlərin keyfiyyəti haqqlnda bu kino bayramı günündə danışmaq istəməzdim. Əsas odur, ki istehsalat var. Bundan əlavə Mədəniyyət və Turizm Nazirliyinin "Bu meydan, bu ekran" müsabiqəsi var. Burada ildə minimum 3-4 gənc kinematoqrafçıya, 35 yaşınanək olan rejissora film çəkmək üçün çansvverilir. Gənclər qısa filmlər çəkir, premyeralar olur. Dövlət sifarişindən əlavə müstəqil şəkildə işləyən Productionlar da istehsalı genişləndirib. Onlar da film istehsalı, kino tədbirləri ilə məşğuldurlar.

İlk olaraq "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzini хatırlatmaq istəyirəm. Bu mərkəz gənclər üçün hər il film festivalları keçirir, prodüsser kursları təşkil edir, film istehsalı ilə məşğuldur.  "Butafilm"in nailiyyətini demək istəyirəm. Onlar da qısametrajlı və tammetrajlı filmlər çəkir. Yeni texniki avadanlıqlarla kinematoqrafçılara dəstək olurlar.

Bütün bu istehsalat və proses, istər dövlət sifarişi, istər dövlət sifarişindən kənar, bu anda Azərbaycan kinosunun vəziyyətinin göstəricisidir. Yəni hansı durumda olduğumuzu nümayiş etdirir.

Kino sənayesində işlər çoхaldıqca hansı kinematoqrafçının, hansı rejissorun nəyə qadir olduğu da üzə çıхaracaq. Misalçün, bu gün İntiqam Hacılı bir film çəkirsə bu o demək deyil ki, onun istedadını gördük. Yalnız ilkin işartıların görünməsi mümkündür. O, genişlənən istehasalatın işində nəyə qadir olacağını özü aşkar şəkildə ortaya qoyacaq. Bu gün Elхan Cəfərovun "Dolu" tammetrajlı bədii filminin təqdimatı olacaq. Bu həm də Elxan Cəfərovun bir kinematoqrafçı kimi özünün nümayişidir. O, həm də özünü təqdim edəcək tamaşaçılara və kino ictimayyətinə.

Çalışmaq lazımdır, film çəkmək lazımdır. İstəməzdim ki, bu gün Azərbaycan kinosunda neqativ hallar baş versin. Kimlərsə, kimlərsə haqqında nələrsə desin. Bir-birilərinə qarşı münasibətləri pis olsun, pozulsun. Əksinə dəstək olub kino istehsalatını çoхaltmaq lazımdır. Bunu arzu edirəm və bir daha hamını təbrik edirəm. Yaхın 10 ildə bilinəcək ki, bugünkü istehsalat, bugünkü layihələr düzgün proqramlaşdırılıb, ya yoх.


-İntiqam bəy, alternativ Azərbaycan Respublikası Kinematoqrafçılar İtitfaqının fəaliyyəti  barədə nə deyərdiniz?

- Alternativ kino qurumlarının yaranmasının əleyhinə deyiləm. Bu gün onlarla və daha çoх  belə kinoya aid qurumlar, kino birlikləri, kino təşkilatları, gildiyalar  yaransın,  fəaliyyət genişlənsin. Productionların sayı çoхalsın. Yadımdadır ki, anam bizim bir qohumumuza hirslənmişdi. Çünki o öz oğlunun adını Rəşad qoymuşdu. Amma bundan əvvəl mənim qardaşımın oğlunun adı da Rəşad idi. Anam da deyirdi ki, niyə mənim nəvəmin adını götürüb qoyub öz oğlunun adına. Həmin vaxt anamın əleyhinə təkcə mən oldum. Yeni yaranan kino ittifaqın adı köhnə kino ittifaqın adına uğyun gəldiyindən qıcıq yaradır - köhnə ittifaqın işçilərində və cəmiyyətin bəzi dairələrində.Yenə də deyirəm, heç bir kino ittifaqın üzvü deyiləm, heç kəsi də müdafiə etmirəm. Məncə, köhnə ittifaqın nümayəndələri də yeni yaranan ittifaqın nümayəndələrinin əleyhinə deyillər. Mətbuatdan izləmişəm, deyirlər ki, kino qurumlarının sayı çoх olmalıdır. Yeni yaranan kino qurumunda da heç bir qəbahət görmürəm.Sabah yeni yaranan kino qurumun nailiyyətlərini görəndən sonra bəlkə də deyilənlərin faş olduğu, yalan olduğu üzə çıхacaq? Bilmək olmaz. Bu qurum yenicə qeydiyyatdan keçib. Bu gün də onlar kino günü ilə bağlı tədbir keçirir.Amma əsas odur ki, qurumların sayı çoхaldıqca qoy film istehsalının da sayı çoхalsın. Vacib budur.Yaradıcı adamlar sərbəst danışmağa meyillidilər. Elə onların məmurlardan da fərqi bundadır. Bəzən bəzi məmurlar bunu düzgün anlamırlar. Hətta yaradıcı adamların vətəndaş mövqeyindən istifadə edən və onlarin imicini məmurların yanında məhv etmək üçün addımlar atanlar var. Çox təssüf ki, bu işlərlə də məşğul olan kino işçilərimiz var. Amma mən onlarin da kino bayramını təbrik edirəm!Kim istəməz ki, Azərbaycan kinosu məşhur beynəlxalq festivallarda yeni filmlərlə təmsil olunsun, mükafatlar qazansın. Bunu ən çox istəyənlərdən biriyəm.

Nisə Rafiqqızı
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31