Azərbaycan Yazıçılar Birliyinin qurultayı iyunun 17-də keçiriləcək
21 Aprel 2014 18:03 MədəniyyətBu gün Azərbaycan Yazıçılar Birliyi Katibliyinin növbəti toplantısı keçirilib. Birliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Yazıçılar Birliyinin qurultayının və yubiley tədbirinin keçiriləcəyi gün, iştirak edəcək ölkələr və dəvət olunacaq xarici qonaqların siyahısı müzakirə olunub: "Qərara alınıb ki, qurultay iyun ayının 17-də, Yazıçılar Birliyinin 80 illik yubiley tədbiri isə iyun ayının 18-də keçirilsin. Yubileyə 20-dən atıq ölkədən qonaqlar dəvət ediləcək".
Birlikdən əlavə ediblər ki, qurultay Gənc Tamaşaçılar Teatrında, 80 illik yubiley tədbiri isə Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31