Sevgililər Günü azərbaycanlı modelin ailəsi dağıldı

2011-ci ildə evlənən Tolga Karel-Günay Musayeva cütlüyü boşanıb. Milli.Az xəbər verir ki, bu haqda azxeber.com-a Günay Musayevanın yaxınları məlumat verib. 

Karel ilə Musayevanın boşanma iclası 14 Fevral Sevgililər Günündə Çorlu Ədliyyəsində baş tutub. 

Cütlük qarşılıqlı razılıq əsasında boşanıb və bu səbəbdən evliliyə birinci məhkəmə iclasındaca son qoyulub.Qeyd edək ki, Tolqa Karellə Günay Musayevanın Cahangir adında bir övladları var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31