Moldovanın sabiq prezidenti Nizaminin aforizmlərini beş dilə çevirib
18 Aprel 2014 14:44 MədəniyyətMoldovanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Pyotr Luçinski Nizaminin aforizmlərini beş dilə tərcümə edib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, bu barədə keçmiş dövlət rəhbəri Kişinyovda II Qlobal Müştərək Cəmiyyətlər Forumuna dair hazırlıq toplantısında bildirib. Pyotr Luçinski dahi mütəfəkkirin aforizmlərinin tərcüməsini məxsusi olaraq qurumun aprel forumu üçün edib. Kişinyovda keçirilən görüşdə Moldovanın keçmiş prezidenti Pyotr Luçinski, Serbiyanın keçmiş dövlət başçısı Boris Tadiç, Albaniyanın sabiq dövlət rəhbəri Recep Meydani və Nizami Gəncə Beynəlxalq Mərkəzinin icraçı direktoru Rövşən Muradov forumun gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.