Aleksandr Rıbak Heydər Əliyev Mərkəzində konsert verəcək

Norveçli müğənni və skripkaçı, Eurovision Mahnı Müsabiqəsi 2009-un qalibi Aleksandr Rıbak  mayın 15-də Heydər Əliyev Mərkəzində yeni layihəsini təqdim edəcək. "OLAYLAR"-ın mərkəzə istinadən verdiyi xəbərə görə, Aleksandr Rıbak həmin gün Bakı izləyiciləri qarşısına Respublika İncəsənət Gimnaziyasının şagirdləri ilə birgə konsert proqramı ilə çıxacaq.

Aleksandr Rıbak layihə ilə əlaqədar Bakıya konsert tarixindən 3 gün əvvəl gələcək, səhnəni bölüşəcəyi gənclərlə seminar və məşqlər keçirəcək. Aleksandr Rıbak Respublika İncəsənət  Gimnaziyasının  şagirdlərindən  ibarət  orkestr ilə çıxış edəcək. Konsert  3 hissədən  ibarət  olacaq.  Birinci  hissədə  səhnəni  Respublika  İncəsənət  Gimnaziyasının  şagirdləri,  ikinci  hissədə şagirdlər  və  Rıbak bölüşəcək. Üçüncü  hissədə  isə Rıbak  solo  konsert  ilə  çıxış  edəcək. Tamaşaçılara Aleksandr Rıbakın  repertuarından hitlər və digər mahnılar təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31