"Bozbaş Pictures"in Fəlakəti videosu ilə hamını təəccübləndirdi - FOTO

Ölkənin ən reytinqli layihəsi olan "Bozbaş Pictures" kiçikdən-böyüyə hər kəs tərəfindən çox sevilir. Layihənin ən səs-küy yaradan obrazı isə Fəlakətdir, bütün bölümləri ilə Youtube kanalında izlənmə rekordu vuran "Bozbaş Pictures"in bu videosu rekord baxış sayı toplayıb. Fəlakət obrazının görüntülərindən ibarət videonun 1 milyon baxış sayı var. Bu da böyük göstəricidir.

Milli.Az Fəlakət obrazını canlandıran Elşən Orucovla əlaqə yaratdı. Aktyor yaratdığı obrazın bu qədər sevilməsinə çox sevinir. Elşənin açıqlamasında bildirdi: 

"Biz "Bozbaş Pictures" komandası olaraq çox əziyyət çəkirik, yay, qış bilmədən rayonlarda, digər ölkələrdə çəkilişlər edirik. Yaratdığımız obrazların sevilməsi o deməkdir ki, çəkdiyimiz əziyyət boşa getmir. Fəlakətin videosunun bu qədər izlənməsinə görə hər kəsə təşəkkür edirəm, 1 milyon baxış - bu, doğrudan da, rekord sayılır. Bizi sevən, bizi izləyən insanlar var olsunlar, izləməkdə də davam etsinlər. Hər kəsə sonsuz təşəkkürlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31