Özcan Dəniz “Qaragül” serialını tərk edir

Türkiyənin "Fox" kanalında yayımlanan "Qaragül" serialına geri dönən Özcan Dəniz, yeni mövsümdə başqa ekran işində rol alacağına görə filmdən ayrılmalı olub.  Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Show tv" üçün çəkilən təzə serialda Özcan Dəniz aktrisa Belçim Bilginlə tərəf müqabili olacaq.  Aktyor-müğənni "Qaragül" serialının prodüseri Şükrü Avşara "Mənim filmlərimdə sənin əməyin böyükdür.  Ancaq  icazə ver gedim. Çox yaxşı məbləğ təklif ediblər" deyərək onun razılığını ala bilib. Qeyd edək ki, Özcan Dənizdən sonra aktyor və  müğənni Yavuz Bingöl də ssenariyə uyğun olaraq "Qaragül" serialından ayrılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31