Selena Qomes modelyerliyə başladı
17 Aprel 2014 20:52 MədəniyyətTanınmış amerkialı müğənni və aktrisa Selena Qomes modelyerliyə başlayıb. O, Almaniyanın "Adidas" brendi üçün "Neo Summer" adlı kolleksiya hazırlayıb. US Weekly bildirir ki, 21 yaşlı Selenanın kolleksiyası artıq "Adidas"ın rəsmi saytında satışa çıxarılıb. Selenanın özü isə ABŞ-ın Kaliforniya ştatındakı İndio şəhərində, Koaçella musiqisi festivalındadır. Onun sabiq sevgilisi, 20 yaşlı kanadalı müğənni Castin Biber də həmin festivalda çıxış edib. milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31