Gənc Tamaşaçılar Teatrı 31 mart soyqırım qurbanlarını andı
31 Mart 2014 19:02 MədəniyyətGənc Tamaşaçılar Teatrı 31 mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirib. Tədbirdə çıxış edən teatrın direktoru, əməkdar artist Mübariz Həmidov bildirib ki, 1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələrinin Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı törətdiyi məqsədyönlü şəkildə həyata keçirdiyi soyqırımlar nəticəsində 5 ay ərzində Bakı, Quba, Şamaxı, Qusar, İrəvan, Naxçıvan, Zəngəzur, Qarabağ, Lənkəranda və Azərbaycanın digər rayonlarında 50 mindən çox soydaşımız böyük qəddarlıqla erməni faşizminin qurbanı olmuş, yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan olunmuş və evindən-obasından didərgin düşüb. Mübariz Həmidovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin bir çox dünya ölkələrində yüksək tribunalarda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və bu istiqamətdə Heydər Əliyev Fondunun apardığı məqsədyönlü və geniş şaxəli tədbirlər böyük əhəmiyyət kəsb edir. Şuşa Dövlət Musiqili Teatrının direktoru, əməkdar artist Yadigar Muradov və digər iştirakçılar da soyqırım təəssüratlarını bölüşüblər. Soyqırımdan bəhs edən film nümayiş etidirilib. ("OLAYLAR" İA)