Tanınmış britaniyalı aktrisa dünyasını dəyişdi
31 Mart 2014 19:27 MədəniyyətTanınmış britaniyalı aktrisa Keyt O'Mara dünyasını dəyişib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, aktrisa ömrünün 74-cü baharında Britaniyanın Sasseks qraflığında gözlərini əbədi olaraq yumub. Aktrisa "Dinastiya" serialındakı Kassandra roluna görə dünya şöhrəti qazanmışdı. 1980-ci illərdə elmi-fantastik "Doktor Kim" serialındakı roluna görə də məşhurlaşıb. "Böyük Yekaterina" filmində də rol alıb. Aktrisa yaradıcılığı ərzində ümumilikdə 50-dən çox teleserial və filmdə rol alıb. O, özünü yazıçı kimi də sınayıb. Avtobioqrafik və sevgi romanları yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31