Yaşar Cəlilov qonşusuna eşq elan edib

Populyar müğənni Yaşar Cəlilov "Ay qonşu" adlı mahnısına klip çəkdirib. "OLAYLAR"az-ın məlumatına görə, kompozisiyanın  sözləri Azər Şirin, musiqisi Tərlan Məmmədhüseynova məxsusdu. "Ay qonşu"nun ssenari müəllifi Azər Baxşəliyev, rejissoru Elmir Süleymanovdu.  

Hazırda montaj prosesində olan ekran işi  yaxın günlərdə təqdim olunacaq. Y. Cəlilovun sözlərinə görə, klipin süjet xətti onun qonşusuna olan sevgisindən bəhs edir: " Bu, mənim 13-cü klipimdir. Sevilən və professional aktyorlarla kamera arxasına keçmək mənə böyük zövq verdi. Əminəm ki, mahnı kimi klipi də tamaşaçılar, xüsusən də qonşuları ilə yaxşı münasibətdə olanlar bəyənəcək. Bu işimizin də uğurlu alınacağına əminəm". 

Ekan işində əsas rolları müğənni ilə  yanaşı, Gənc Tamaşaçılar Teatrının aktyorları, əməkdar artist Nəsibə Eldarova (nənə), Natiq Fərzəliyev (satıcı) və Səbinə Məmmədova (qonşu qız) canlandırıb. 

Klipin operatorları Rəşad Qarayev, Cavanşir Ağayev, işıqşısı Novruz Novruzov, montaj işi Elnar Həşimov, rəssamı Elnarə Səfərova, qrim ustası Tahirə Əliyeva, kastinq Mehman Məmmədov, təşkitatı işləri isə Sarvan Zamanova məxsusdur.    

"Ay qonşu" mahnısına çəkilən klip "Bizim Cəbiş müəllim" və "Məhəllə" filmlərinin çəkildiyi həyətdə lentə alınıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31