"Eurovision-2014" təmsilçimiz "Sarı gəlin"i ukraynalılara bu cür sevdirdi VIDEO
31 Mart 2014 15:41 MədəniyyətBu il Azərbaycanı "Eurovision-2014"-də təmsil edəcək müğənnimiz Ukraynanı təəccübləndirib. Milli.Az xəbər verir ki, "Eurovision-2014"-də Azərbaycanı təmsil edəcək müğənni Dilarə Kazımova "Qolos Ukrainı" verilişində münsiflər və tamaşaçılar tərəfindən alqış qazanıb.
Səhnədə "Okean Elzı" qrupunun "Bez boyu" (Savaşsız) adlı mahnısını ifa edən müğənni bir çoxlarına qeyri-adi gəlsə də, çox sevilib. Münsiflərdən tərif və tənqid alan müğənnidən daha bir mahnı istəyiblər, amma bu dəfə öz dilimizdə.
Münsiflərin xahişini yerə salmayan Dilarə xalq mahnısı olan "Sarı gəlin"in bir parçasını ifa edəndən sonra hər kəs onu alqışlayıb.
Onu da nəzərinizə çatdıraq ki, münsiflərdən Dilarə Kazımovanı elə "Okean Elzı" qrupunun solisti Svyatoslav Vakarçuk seçərək öz qrupuna daxil edib.