Naxçıvanda “Məmməd Araz: taleyi və sənəti” kitabının təqdimatı keçirilib
31 Mart 2014 14:35 MədəniyyətAMEA Naхçıvan Bölməsində Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbovun "Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında" 8 iyun 2013-cü il tarixli Sərəncamına əsasən hazırlanmış "Məmməd Araz: taleyi və sənəti" kitabının təqdimat mərasimi keçirilib.
Nəfis tərtibatla çap edilmiş kitab haqqında məlumat verən bölmənin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, kitabda Xalq şairinin yaradıcılığının müxtəlif aspektlərini təhlil edən 20-yə yaxın məqalə yer alıb. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31