Məşhur amerikalı müğənni Bakıda konsert verəcək
31 Mart 2014 13:27 MədəniyyətAprelin 19-da məşhur amerikalı müğənni Maykl Bolton Bakıda ilk dəfə Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış edəcək. "OLAYLAR"-ın mərkəzə istinadən verdiyi xəbərə görə, rok-balladaları ilə bütün dünyada şöhrət qazanmış tanınmış bəstəkar və ifaçı həmin gün azərbaycanlı tamaşaçılar üçün ən sevilən və yeni mahnılarını səsləndirəcək. Əsl adı Mixail Bolotin olan 60 yaşlı, rus əsilli müğənni ABŞ-da doğulub və böyüyüb. Bolton uğurlu ifaçılıq karyerası ilə yanaşı, həmçinin ABŞ-ın ən məhsuldar bəstəkarlarından biri kimi tanınır. O, Bob Dilan, Lеdi Qaqa, Dayan Vorren, Devid Foster, Fil Rаmon, Barbra Streyzand, Con Lecend, Jay Z və "KİSS" qrupu kimi dünya ulduzları üçün mahnılar yazıb. "Qremmi" mükafatı laureatı Maykl Boltonun albomları dünya üzrə 53 milyon nüsxədən artıq satılıb.