Özcan Dəniz Karagülə geri dönür
31 Mart 2014 12:04 MədəniyyətTürkiyə istehsalı olan "Karagül" serialının ilk bölüm çəkilişlərindən sonra serialdan ayrılan Özcan Dəniz yenidən kamera önünə keçib. Serialın ssenarisinə görə qardaşı Kəndal tərəfindən öldürülən Murat itkin düşür. Lakin heç kəs onun diri ya ölü olmasından xəbər tuta bilmir. Baş obrazlardan Ebru və Narının həyat yoldaşı rolunu canlandıran aktyor bu həftə yayımlanacaq 40-cı bölümün çəkilişlərində iştirak edib. O İnstiqram sosial şəbəkəsində aktyor heyəti ilə çəkdirdiyi şəkili paylaşaraq belə məlumat yayıb. Dənizin noyabradək çəkilişlərdə iştirak edəcəyi söylənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31