Sosial şəbəkədə Brilliant Dadaşovanın adına saxta hesab açılıb
31 Mart 2014 12:03 MədəniyyətXalq artisti Brilliant Dadaşova sosial şəbəkədə fanatlarına müraciət edib. Müğənnini özündən çıxaran kiminsə onun adından İnstagram hesabı açaraq insanları aldatması olub. Belə ki bir neçə müddət açılan instagram hesabında qeyri-müəyyən şəxs müğənninin adından istifadə edərək digər şou-biznes nümayəndələrinə rəylər bildirib. Problemlə əlaqədar olaraq sənətkar xanım Facebook dostlarına üzünü tutaraq bunları söyləyib: "Əziz facebook dostlarım- Kimsə, hansısa avaranın birisi mənim adımdan İnstaqram da hesab açıb. Xahiş edirəm ciddi qəbul etməyin. Hətta imkanınız olsa onu boykot edin". Hazırda İstanbulda albom üzərində çalışan xanım Dadaşova bununla bərabər yeni saç düzümündə paylaşdığı fotoları ilə də diqqət çəkib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31