Gənc rəqqaslarımız beynəlxalq tədbirə qatılıb

Martın 15 və 16-da Gürcüstanın paytaxtı Tiflisdə Vaxtanq Çabukianinin xatirəsinə həsr edilmiş Uşaq və Yeniyetmələrin Beynəlxalq Xoreoqrafiya Festivalı keçirilib. Festivalın təşkilatçısı Gürcüstanın Pedaqoq-Xoreoqraflar Assosiasiyasinin sədri Nataliya Diqmelaşvilidir. Məshur rəqqaslardan ibarət beynəlxalq münsiflər heyətində bizim həmyerlimiz, Azərbaycanın əməkdar artisti Tahir Eynullayev də təmsil olunub. "OLAYLAR"a verdiyi açıqlamada Tahir Eynullayev bildirib ki, beynəlxalq tədbirdə ölkəmizi Bakı Xoreoqrafiya Məktəbinin klassik şöbəsinin şagirdləri və "Təbəssüm" uşaq ansamblı təmsil ediblər. Qeyd edək ki, iştirakçılar arasında həmçinin həmyerlimiz Pərvin Kərimovanın rəhbərlik etdiyi və Türkiyənin Samsun şəhərində fəaliyyət göstərən "Art center" Balet Məktəbi də olub. O, modern rəqsə görə xüsusi mükafata layiq görülüb. Festivala qatılan bizim gənc rəqqaslarımız ölkəmizi yüksək səviyyədə təmsil ediblər. Xoreoqrafiya məktəbinin 2-ci kurs tələbələri Məryəm Nəcəfzadə, Samirə Məmmədova, Nigar Həsənova, pedaqoq Ella Haciyeva və "Təbəssüm" ansamblının uşaq qrupu xüsusi mükafata layiq görülüblər. Münsiflər heyyətinin üzvü Tahir Eynullayev xüsusi xatirə prizi və medalla təltif olunub. Yerli telekanallarda yayımlanan festival çərçivəsində iştirakçıların böyük marağına səbəb olan müxtəlif janrlarda master-siniflər də təşkil olunub. Festivala qatılan bizim gənc rəqqaslarımız ölkəmizi yüksək səviyyədə təmsil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31