Fatimənin məşhurlarla birgə layihəsinin vaxtı açıqlandı

Fatimənin prodüseri nələri açıqladı ?

Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fətəliyeva məşhurlarla birgə həyata keçirdiyi layihəsinə təqdimat edir. Bu barədə "OLAYLAR" -a rəqqasənin prodüseri Aysel Məhəmməd məlumat verib. O, bildirib ki, Fatimə məşhurlarla birgə layihəsini aprelin 3-də təqdim edəcək: "Nəhayət aylar öncə məşqlərinə başladığımız klipi mediaya təqdim etməyə hazırlaşırıq. Aprelin 3-ü həyata keçiriləcək təqdimatda layihədə yer alacaq tanınmışlarla yanaşı Azərbaycan şou-biznesinin digər tanınmışları da olacaq. Həmin gün Fatimə xanımın həm də doğum günüdür. Gecədə bir çox sürpriz dolu məqamlar olacaq. Amma onları söyləsəm, bu sürpriz olmayacaq. Gəlin aprelin 3-ü gözləyək".

Qeyd edək ki, əsas rolları rəqqasə Fatimə ilə müğənni Ramal İsrafilovun canlandıracağı layihədə Mətanət İSgəndərli, Nadir Qafarzadə, Nanə Ağamalıyeva, Roza Zərgərli, Rəfael-Coşğun, Günay İbrahimli, Xəyyam Nisanov, Namiq Qaraçuxurlu, Emil Bədəlov, Aşıq Samirə, Nüşabə Ələsgərli  və başqaları rol alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31