Məşhur ifaçılar qəza keçiriblər
19 Mart 2014 19:28 MədəniyyətRusiyanın məşhur ifaçıları Leonid Aqutin və Anjelika Varum avtomobil qəzası keçiriblər. İfaçılar konsert proqramı ilə çıxış etmək üçün Barnauladan yollandıqları Prokopyevsk şəhərində hadisə ilə üzləşiblər. Bu barədə A.Varumun meneceri mətbuata məlumat verib, xoşbəxtlikdən onlardan heç biri ciddi xəsarət almayıb. Hadisə yerinə dərhal təcili yardım işçiləri gəlib. Buna baxmayaraq sevilən ifaçılar xəstəxanaya getməkdən imtina ediblər və qaldıqları mehmanxanaya üz tutublar.
Prokopyevdə konsert proqramı baş tutdu, amma səhnəyə ancaq Leonid Aqutin çıxıb. Çıxışı zamanı ifaçı baş verən hadisə barədə qısaca məlumat verib və qeyd edib ki, Anjelika özünü yaxşı hiss etmir bu səbəbdən ifa edə bilməyəcək. Şəhərdə yerləşən polis əməkdaşları qəzanın necə baş verdiyi barədə açıqlamalar veriblər. Onlar bildiriblər ki, hadisədə günahkar şəklində Nissan markalı avtomobilin sürücüsü göstərilir. Həmin maşını idarə edən şəxs idarəni itirərək qarşı yola çıxıb və sənətçilərin yerləşdiyi Mercedes avtomobili ilə toqquşub.ans