Bəyaz: "Həyatım boyu "Bəyaz" şounu izləməmişəm"

Türkiyənin tanınmış şoumeni Bəyaz aparıcı Yüksəl Aytuğun verilişində qonaq olub.  Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, indiyədək aparıcısı olduğu "Bəyaz" şounu izləmədiyini açıqlayıb: "Mən həyatım boyu heç zaman "Bəyaz" şounu izləməmişəm. Bundan sonra da izləməyəcəyəm. Öz görüntümü sevmirəm. Məsələn, verilişdə zarafat edirəm, sonra ona baxanda peşman oluram. Bir dəfə özümə baxmışam, ondan sonra tövbə etdim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31