Vüqar Muradov: “...meşənin canavarı mənəm”

“Qıdığım gəlir...”

"Yeni Ulduz" müsabiqəsinin  qalibi, klassik mahnıların mahir ifaçısı, şou-biznesin ən ucaboylu müğənnisi Vüqar Muradov "OLAYLAR" İA-ya maraqlı bir açıqlama verdi. Əslində bu açıqlama kimlərinsə bostanına daş atmaq deyil. Əksinə, Vüqarın düşüncə tərzindən doğan düz üzünə deyilən fikirləridir. Yayı atırıq, ox öz ünvanına, şikarına çatar...

"Mən bu şou-biznesi böyük bir meşəyə bənzədirəm. Bu meşədə çoxlu çaqqallar, tülkülər, dovşanlar, şirlər, pələnglərvə s. var. Amma bu meşənin bir canavarı var. O da mənəm - Vüqar Muradov".

Bu açıqlamadan sonra Vüqara başqa sual vermək istəmədim. Söhbətimizin şirin yerində "qıdığım gəlir" dedi Vüqar. Doğrusu, onun bu ifadəsi məni tutdu. Vəziyyətimi duyan Vüqar başladı, nə başladı...

"Son zamanlar ifa etdiyim mahnıların əksəriyyətini özüm bəstələyirəm. Tezliklə sizi heyrətləndirən "Qıdığım gəlir" adlı mahnımla tamaşaçıların görüşünə gələcəm. Bundan başqa, şou-biznes meşəsinin canavarı olduğum üçün "Canavar" adlı layihəmlə nəyə qadir olduğumu bir daha sübut edəcəm".

Bu şou-biznesin əjdahası var, toylar kralı var, divası var, prins və prinsessası var. Artıq şou-biznesin canavarı da ortaya çıxdı. Canavardan ehtiyatlı olun haaa.

Alim Nəbioğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31