Müşfiq: “Konsertin 12 gün olmasına görə nəsə iş çıxacağını bilirdik”
17 Mart 2014 18:57 Mədəniyyət"Bu Şəhərdə"nin ssenari müəllifi Müşfiq Abbasov Coşqun haqda yazılan bəzi xəbər saytlarının məlumatlarını təkzib etdi. O, bu haqda "OLAYLAR"a açıqlamasında danışaraq bildirib ki, səhnədə yüngülvari bir qəza baş verib. Nəticədə Coşqunun əzələləri zədələnib: "Ayın 14-ü Respublika Sarayında baş tutan konsert səhnəciyicin sujet xəttinə uyğun olaraq Rafaellə Coşqun dalaşır. Bu zaman onlar bir-birini itələmli olurlar. Təsadüf nəticəsində Coşqun yıxılır. Rafael əyilmiş halda olduğundan Coşqun onun çiyninə çırpılır. Amma bunu tamaşaçılara hiss etdirmədik". Tibbi Yardım briqadasının sırf bu qəzaya görə çağrılmadığını deyən M.Abbasov həkim məsləhəti ilə növbəti günlərdə Coşqun Rəhimovun ağrıkəsici vuraraq səhnəyə çıxdığını söyləyir: "Hər konsertdə səhnənin arxasında təcili tibbi yardım briqadası olur. Hər ehtimal üçün işimizi möhkəm tuturuq. Ola bilər ki, hər hansı tamaşaçının halı pisləşsin, ya aktyorun səhhətində problem yaransın. Bəzi yerlərdə elə yazılır ki, guya məhz bu hadisəyə görə təcili yardım briqadasını çağırmışıq. Konsert bitdikdən sonra Coşqunu xəstəxanaya apardıq. Həkimlər gecə saatları olmasına baxmayaraq canla-başla bizə xidmət etdi, Coşqun lazım olan bütün aparatlardan keçdi. Məlum oldu ki, qabırğa qabırğanın üzərinə düşdüyü üçün qabırğa arası əzələ zədələnib, lakin sümüyə heç bir xəsarət dəyməyib. Sonrakı konsertlərdə də dinamik səhnələr olduğu üçün səhnəyə çıxmazdan öncə həkim məsləhəti ilə ağrıkəsici vurdururdu. Hazırda da vəziyyəti yaxşıdı". Respublika Sarayında bu dəfəki konsertlə bir ilkə imza atdıqlarını deyən Müşfiq Abbasov gözə gələcəklərini sən demə öncədən düşünürmüş də: "Konsertin 12 gün olmasına görə nəsə iş çıxacağını bilirdik. O da Coşqundan çıxdı. Nə yaxşı ki, yüngülvari oldu. Bu hadisəyə sevinənlərdən, kədərlənənlərdən də Allah-təala bu cür qəzaları uzaq eləsin". Ssenarist yeni işlərdən də xəbər verir: "Bu ayın 23-ü Qəbələdə, aprelin 5-6-sı isə Naxçıvanda, mayda isə Moskvada "Qızıl Gül" konsert proqramı ilə çıxış edəcəyik. Yayda da komediya janrında bir film çəkməyi planlaşıdırırıq. Ssemnari hələ ki tam təsdiqlənməyib".