Ebru Sinan Akçılın klipinə çəkiləcək
18 Mart 2014 00:47 MədəniyyətTürkiyəli model Ebru Şallı 22-ci Gözəllik və Baxım Sərgisində iştirak edib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, tədbirdə media nümayəndələrinin suallarını cavablandırarkən sevgilisi, bəstəkar-müğənni Sinan Akçılın yeni albomundan söz açıb:
"Sinan bir ay sonra 5 mahnılıq yeni albomunu təqdim edəcək. Hamısını dinləmişəm, çox gözəldirlər. Ən çox bəyəndiyim isə "Əfsanə" mahnısı olub. Onun klipində mən də rol alacağam".
S. Akçılın sözügedən albomunun "Ebruli" adlanacağı iddia edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31