Qəbələnin mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar rayonda bağlanış mərasimi olub
17 Mart 2014 16:31 MədəniyyətQəbələnin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar rayonda keçirilən yekun tədbirlərin bağlanış mərasimi olub. Tədbirdə MDB ölkələrinin mədəniyyət və incəsənət xadimləri, bir sıra ölkələrin Azərbaycandakı səfirləri, rayon ictimaiyyətinin nümayəndələri və digər nüfuzlu qonaqlar iştirak edib. Tədbirin rəsmi hissəsində çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev bu günün rayonun həyatında əlamətdar hadisə olduğunu bildirib. Qeyd ediblər ki, 2013-cü ildə Qəbələyə "MDB-nin mədəniyyət paytaxtı" titulu Birliyə üzv dövlətlərin humanitar Əməkdaşlıq Şurasının və təşkilata üzv ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun qərarına əsasən verilib. Bu müddət ərzində Qəbələdə bir sıra beynəlxalq mədəni tədbirlər keçiriib. Azərbaycan dövləti və Heydər Əliyev Fondunun dəstəyi ilə hazırda Qəbələdə təşkil edilən mədəni tədbirlər nəinki MDB, hətta dünya mədəni irsinə böyük töhfədi. Sonra Səbuhi Abdullayev "MDB-nin Mədəniyyət paytaxtı" estafetinin 2014-cü ildə bu ada layiq görülən Qazaxıstanın Almatı və Qırğızıstanın Oş şəhərinə keçdiyini bildirib. İcra hakimiyyətinin başçısı Azərbaycanın Rusiyadakı səfiri, MDB ölkələrinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun İdarə Heyətinin sədri Polad Bülbüloğluna, Fondun icraçı direktoru Anatoli İksanova, Qazaxıstanın Almatı şəhərinin mədəniyyət idarəsinin rəis müavini Juldız Ömərbəyova və Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Sultan Rayevə diplomlar təqdim edib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə Qəbələnin MDB-nin mədəniyyət paytaxtı missiyasını uğurla yerinə yetirməsindən qürur duyduğunu bildirib. Tədbirdə çıxış edən Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva qədim tarixə və gözəl təbiətə malik Qəbələnin MDB-nin mədəniyyət paytaxtı kimi mühüm nailiyyətə imza atdığını bildirib. Qeyd etmişdir ki, bu cür layihələr mədəni sahədə ölkələr və xalqlararası münasibətləri daha da genişləndirir. Tədbirin rəsmi hissəsindən sonra maraqlı konsert proqramı təqdim edilib. Konsertdə "XXI əsrin tenorları" art-layihəsi üzvlərinin bir-birindən maraqlı ifaları tədbir iştirakçılarının əhval-ruhiyyəsini daha da artırıb.
Sonda "Qorxma, mən səninləyəm! 1919" bədii filminin nümayişi olub.