Aygün Kazımova: "Ramal, çaşma!"
Xalq artisti: "Ramal, çaşma! Gözləmədiyin anda ancaq sənə yaxın olan insan zərbə vura bilər"
17 Mart 2014 13:22 MədəniyyətMüğənni və bəstəkar Ramal İsrafilov sözün əsl mənasında şou-biznesi bir-birinə qatıb. Xeyli müddətdir küsülü olan məşhur ifaçılar Röya Ayxan və Aygün Kazımova bu dəfə bir-birləri ilə mübahisə etməyiblər, onların hər ikisi Ramalın atdığı sözə sərt cavab veriblər. Xalq artistinə "Biletini alma" adlı mahnı yazan, daha sonra isə özü ifa edən Ramalın açıqlaması hər kəsi şoka salmışdı: "Aygün xanımın ifası məni qane etmədi".
Aygün xanım isə öz növbəsində Ramala belə bir cavab vermişdi: "Gözləmədiyin anda ancaq sənə yaxın olan insan zərbə vura bilər. Ancaq sevdiyin insandan xəyanət görəndə acı gəlir. Mən istəmirəm ki, Ramal böyüyə hörmətsizlik edən, xəyanət edən bir insan kimi yadda qalsın". Daha sonra isə xalq artistinin dediyi bu cümlə gündəmə zərbəsini vurub: "Ramal, çaşma!". Aygün Kazımova bundan əlavə olaraq bildirib ki, Ramalın ondan sonra ifa etdiyi mahnını bəyənməyib. ans