Rihannanın keçmiş sevgilisi həbs olundu

Ötən il bir neçə dəfə dava elədiyinə görə diqqət mərkəzində olan Krisin bu dəfə həbs olunacağı guman edilir

Məşhur amerikalı müğənni, Rihannanın keçmiş sevgilisi Kris Braun Malibuda həbs olunub. ANS PRESS-in məlumatına görə, polis əməkdaşları 24 yaşlı ifaçını şərti həbs cəzasının şərtlərinin pozulması nəticəsində həbs ediblər. Qeyd edək ki, şərti həbs cəzası 2009-cu ildə Rihannanı döydüyünə görə verilmişdi. Ötən il bir neçə dəfə dava elədiyinə görə diqqət mərkəzində olan Krisin bu dəfə xeyli müddətli həbs olunacağı guman edilir. Brauna qarşı cinayət işi 2009-cu ildə başlanmışdı, o Los -Anceles məhkəməsinin qərarı ilə rəfiqəsini döyüb tanbınmaz hala saldığına görə 5 il müddətində həbs cəzası alıb. Bundan əlavə olaraq ifaçı "ev təcavüzkarı" adı ilə müalicə olunan insanlar kimi eyni şəraitdə reabilitasiya mərkəzində 6 ay kurs keçib.  Qeyd edək ki, Kris Braun daha çox R&B üslubunda olan ifası ilə məşhurdur. O 2012-ci ildə "F.A.M.E." albomuna görə Grammy mükafatı qazanıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31