Hüseyn Dərya ilə bağlı daha bir sirr

Faciəvi şəkildə dünyasını dəyişən repçi Hüseyn Dərya ilə bağlı daha bir ilginc fakt ortaya çıxıb. 3 saylı Şəhər Xəstəxanasından Milli.Az-a bildirildi ki, qəzaya düşməmişdən iki gün əvvəl Hüseyn Dərya zəhərlənmə ilə xəstəxanaya gətirilib. Psixotrop maddədən zəhərlənən repçi həkim müdaxiləsindən sonra evə buraxılmışdı. 

İki gün sonra isə avtomobil qəzasında aldığı xəsarətlə xəstəxanaya gətirilib, səhərisi gün isə daxili qanaxmadan vəfat edib. Hüseyn Dərya martın 14-də Mərdəkan yolunda "Opel" markalı avtomobilinin qarşısında gedən "KamAZ" markalı yük maşınına çırpıb. Ağır xəsarət alan repçi bir gün sonra keçinib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31