Hülya Avşar da siyasətə girir
Hazırda siyasətin çox gülməli olduğunu deyən aktrisa ən gec 56 yaşına bu yola addım atacağını deyib
17 Mart 2014 10:54 MədəniyyətTürkiyənin tanınmış aparıcısı və aktrisası Hülya Avşar siyasətə girəcəyini açıqlayıb. ANS PRESS-in xəbərinə görə, bu barədə Avşar qızı Kiprdə verdiyi konsertdən sonra jurnalistlərə danışıb. Hazırda siyasətin çox gülməli olduğunu deyən aktrisa ən gec 56 yaşına bu yola addım atacağını deyib."Daşlar yerinə yerləşsin, ondan sonra siyasətdə mən də varam. Hazırda siyasət məni çox güldürür. Əvvəllər siyasi liderləri ciddi qəbul edərək onlara qulaq asırdım. İndi liderlərin mitinqləri mənə gülməli serial kimi gəlir. O qədər gülməlidir. Özüm insanları tanıyıram deyə bilərəm. Amma siyasətçilərə baxıram, bədən dillərində bir şey tutmaq üçün. Hamısı düz danışır kimi görünür. Şəbələyə (məzəli adam) döndüm. Əvvəl-axır siyasətə girəcəyəm. Ən gec 56 yaşıma siyasətə olacağam".