Məşhur azərbaycanlı müğənni qəzaya düşdü

Milli.Az show.az-a istinadən xəbər verir ki, müğənni Ruhəngiz Allahverdiyeva avtomobil qəzasına düşüb. Hadisə baş verən zaman müğənninin yanında dostları da olublar. Daxil olan məlumata görə, Ruhəngiz Allahverdiyeva avtomobil sürməyi öyrənmək istəyirmiş.Gecə saatlarında baş verən hadisə Dərnəgül şossesində olub. Dostu Vəfa Vaqifqızının ağ rəngli "KİA Sportage" markalı avtomobilində qəza keçirən müğənninin vəziyyəti hazırda yaxşıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31