"Eurovision 2014"da Azərbaycan bu mahnı ilə təmsil olunacaq VIDEO
Dilara Kazımova "Start a Fire" adlanan mahnını ilk dəfə Danimarka Krallığının paytaxtı Kopenhagen şəhərində 6 mayda oxuyacaq
17 Mart 2014 09:53 MədəniyyətAzərbaycanı "Eurovision 2014" mahnı müsabiqəsində təmsil edəcək Dilarə Kazımovanın oxuyacağı mahnı bəlli olub.Mahnısını güclü, eyni zamanda, həssas qadının etirafı kimi təsvir edən təmsilçimiz deyib: "Bu mahnı sadəcə məhəbbətdən deyil, həmçinin mərhəmət, insanlıq, qarşılıqlı hörmət və bəzən çox qəddar olan dünyada tənha olmağın səbəbləri barədədir"."Start a Fire" mahnısı Yohan Kronland, Alessandr Quthardt və Stefan Örn tərəfindən yazılıb.Qeyd edək ki, 29 yaşlı D.Kazımova Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. O, 2008-2010-cu illərdə də "Eurovision"un milli seçim turlarında iştirak edib. D.Kazımova "Yeni Dalğa-2010" müsabiqəsinin laureatıdır."Eurovision-2014" Kopenhagenin B&W kompleksində keçiriləcək. "Evrovision-2014"də 37 ölkə iştirak edəcək. Müsabiqənin yarımfinal mərhələləri mayın 6-ı və 8-də, finalı isə 10-da keçiriləcək.