İbrahim Tatlısəs: "Üç yaşım tamam oldu"
14 Mart 2014 19:22 MədəniyyətTürkiyəli müğənni İbrahim Tatlısəsin silahlı hücuma məruz qaldığı gündən 3 il ötür. Axşam.az xəbər verir ki, sağaldıqdan sonra 14 mart tarixini doğum günü elan edən ifaçı Tvitter səhifəsində bu haqda yazıb:
"Allah məni gəncləşdirib. 3 yaşım tamam oldu, 4-cüyə keçdim. Allah istəməsə, öldürməz. Mənə xaincəsinə tələ quranlar haradadır, mən haradayam? Xainlər 3 il əvvəl gizlənməyə dəlik axtarırdılar. Yaşasın xainlik! Yaşasın cəhənnəm! Bu gün mənim doğum günümdür. Sevənlərimin duası ilə ayaqdayam".
Qeyd edək ki, 2011-ci il, martın 14-də Maslakda başından güllələnən İbrahim Tatlısəs aylarla xəstəxanada reanimasiyada qalmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31