Castin Biber ayda 1 milyonu hara xərcləyir?
14 Mart 2014 19:17 MədəniyyətQalmaqallı müğənni Castin Biber dəbdəbəli həyat tərzi və bədxərcliyi ilə seçilir. Axşam.az "İn touch" dərgisinə istinadən xəbər verir ki, 19 yaşlı sənətçinin ayda 1 milyon dollar pul xərclədiyi məlum olub. Ötən il 50 milyon dollarlıq qazancla dünyanın ən gəlirli müğənniləri sırasına düşən Castin pulunu bahalı avtomobillər, geyimlər və əyləncəyə sərf edir. Bir neçə gün əvvəl ifaçı gündəlik icarə haqqı 7 min dollar olan xüsusi dizaynlı "Lamborghini" avtomobili ilə görüntülənib. Səyahət etməyi sevən C. Biber tez-tez dostları ilə gəzintiyə çıxır və getdiyi bütün məkanlarda pulu o ödəyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31