Azərbaycanın cazibədar müğənnisi ilə qalmaqalları prodüseri bir araya gəlib
14 Mart 2014 16:06 Mədəniyyətmüğənni Afaq Aslandan yeni xəbər var. Müğənni məşhur prodüser Sayqa Cahidlə iş birliyinə imza atıb.OLAYLAR -ın məlumatına görə, tərəflər yenicə işləməyə başlasalar da artıq bəzi böyük layihələr haqda danışıqlar aparıblar.
Afaq qeyd edir ki, Sayqa ilə iş birliyi hər kəsin düşündüyündən daha yaxşı olacaq: "Sayqa ilə tanışlığımız Bakıda keçirilən "Sila" gecəsində baş verdi. O xanımın iş görmək qabiliyyəti ilə yanaşı həm də müsbət aurası var. Onun yanında özümü çox rahat hiss edirəm. O həm peşəkar prodüser həm də yaxşı dostdur. Bizim xasiyyətimizdə hətta kaprizlərimiz eynidir. Ümid varam ki, bu iş birliyi uzun ömürlü və uğurlu olacaq. Ən böyük həzz hər kəsin "bacarmarsan" dediyini bacardığın an bəxş olunur".
Sayqa da öz növbəsində Afaqla iş birliyinə böyük ümidlər bəslədiyini dilə gətirdi: "Uzun zamandır heç kimlə işləmirdim. Afaq Aslanla iş birliyindən uğurlar gözləyirəm. Çünki o da səhnəni sevən müğənni və daim yeniliklərə qaçan ifaçılardandır. Ümid varam ki, iş birliyimiz xeyirli olacaq. Yeni və çox maraqlı layihələrimiz var".
Bildirək ki, Afaq Aslan növbəti klipini çəkməyə hazırlaşır. Afaq musiqisi və sözləri Nurlan Təhməzliyə məxsus olan "Qayıt gəl" mahnısına ekran həyatı verməyi planlaşdırır. İfaçı rejissor dəqiq seçsə də hələ ad açıqlamaq istəmir: "Bu dəfə çox fərqli süjet xəttinə müraciət etdik. Tamaşaçılarıma bir onu demək istəyirəm ki, bundan öncəki kliplərimdən fərqli olaraq soyunmayacağam. Klipin çəkilişlərinə yaxında başlayacağıq".