Prezidentin qızları ərəb şahzadəsi ilə VIDEO

Şəhzadə: "Bu, Azərbaycan prezidentinin ailəsi və Miroslava Duma ilə birgə möhtəşəm gecə idi"

Azərbaycan respublikasının prezidenti İlham Əliyevin qızları Leyla və Arzu Əliyeva ötən gün Ərəb şəhzadəsi ilə bir araya gəliblər. Ötən gün "Nargiz" jurnalının baş redaktoru, Nərgiz Paşayevanın qızı Ülviyyə Mahmudova Heydər Əliyev Mərkəzində yeni istifadəyə verdiyi "buro247.az" saytının təqdimat mərasimi keçirib. Tədbirdə dünyanın bir neçə ölkəsindən olan məşhur simalar iştirak ediblər. 

İştirak edən məşhurların sırasında anası azərbaycanlı olan İtalyan modeli Bianka Balti, Rusiyanın məşhur teleaparıcısı, jurnalisti Kseniya Sobçak, Səudiyyə Ərəbistan şahzadəsi Ameerah Al-Taweel, dəb məsləhətçisi Miroslava Duma və digərləri olublar. Bundan əlavə olaraq Ülviyyə xanımın istifadəyə verdiyi yeni saytın açılışında prezidentin ailəsi də iştirak edib. 

Qeyd edək ki, Ərəb şəhzadəsi maraqlı keçən gün barəsində şəxsi İnstaqram səhifəsində məlumatlar paylaşıb. Ürək sözlərini bildirən Ameerah Al-Taweel: "Bakı, Azərbaycan...odlar yurdu! Möhtəşəm işıqlar və inkişaf edən iqtisadiyyat. Bu, Azərbaycan prezidentinin ailəsi və Miroslava Duma ilə birgə möhtəşəm gecə idi. Buro247.az təbrik edirəm və hər şeyin ən yaxşısını arzulayıram". ANS

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31