Ancelina Coli növbəti əməliyyata hazırlaşır
13 Mart 2014 18:17 MədəniyyətTanınmış amerikalı aktrisa Ancelina Coli növbəti əməliyyata hazırlaşır. Genetik testlər göstərir ki, onda süd vəzi xərçənginin yaranması ehtimalı yüksəkdir. Rusiya mətbuatı bildirir ki, bu barədə aktrisa özü məlumat verib. "Daha bir əməliyyat məni gözləyir. Belə bir qərar qəbul etdiyimə sevinirəm. Bəxtim gətirib ki, belə yaxşı həkimlərim var", - o əlavə edib. O, çox adamın yaxşılığından və dəstəyindən təsirləndiyini bildirib. Ötən ilin avqust ayında da tanınmış aktrisa süd vəzinin çıxarılması əməliyyatından keçmişdi. Onun anası 56 yaşında həmin xəstəlikdən vəfat edib. milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31