Gənc Şairələrin İkinci Beynəlxalq Forumuna start verildi

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin  dəstəyi ilə "Gənc Şairələrin 2-ci Beynəlxalq Forumu" keçirilib. Artıq forumda iştirak edəcək 24 ölkə üzrə gənc şairələrin seçimi yekunlaşıb. Bu il Almaniya, İtaliya, Bəhreyn, Ruminiya, Belçika, Ukrayna, İtaliya, Misir və digər ölkələrin təmsilçiləri forumda iştirak edəcək. Bu gün forum iştirakçıları Azərbaycan Yazıçılar Birliyində yazıçı Anar, Çingiz Abdullayev və 525-ci qəzəetin redkatoru, birliyin üzvi Rəşad Məcidlə görüşüb. Ötən il baş tutan forumdamn fərqli olaraq bu il istənilən ölkə forumda iştirak etmək hüququna malikdi. Forum iki hissədən ibarətdi. Birindci hissədə müsabiqə iştirakçıları öz şeirlərini doğma dillərində səsləndirəcək. İkinci hissədə isə müzakirələr təşkil eidləcək. "Şərq-Qərb Mədəniyyət müxtəlifliyi", "Ədəbiyyatda yenilik tendensiyası", "Ədəbiyyatda sülhə çağırış" adlı mövzular müzakirə predmetinə çevriləcək. Modeeratorlar isə Çingiz Abdulayev, Anar, Günel Anarqızı, Bakı Slavyan Universitetinin professoru Rəhilə xanım olacaq. Tədbirdə İordaniya, Türkiyə, Almaniya, Banqladeş və Ukrayna nümayəndəsi çıxış edib. Tədbir iştirakçıları qadınların bir arada olacaqları möhtəşəm forumda həmrəylik nümayiş etdirəcəklərini, kişi zorakılığının qarşısını almaq üçün birgə mübarizə aparacaqlarını deyiblər.

Qeyd edək ki, "Böyük İpək Yolu" BGİ 2013-cü ildə Bakıda gənc şairələrin birinci Beynəlxalq Forumunu təşkil edib. "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı bu layihəyə görə Şərqi Avropa Təşəbbüsü Konqresinin mədəniyyət üzrə "ən yaxşı layihə" adı ilə mükafatlandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31