Əməkdar artist: "Bu biabırçılıq nə vaxt aradan qalxacaq?"
Aybəniz Haşımova artıq adət-ənənədən uzaq düşmüş Azərbaycan toylarını tənqid edib
13 Mart 2014 17:00 MədəniyyətƏməkdar artist Aybəniz Haşımova artıq adət-ənənədən uzaq düşmüş Azərbaycan toylarını tənqid edib. Sənətkar öradlarını Facebook səhifəsində yazıb: "Pul yığmaq xatirinə toya hamını dəvət etmək olmaz. Toya o kəslər dəvət olunurlar ki, sənin şad gününə dogrudan da sevinirlər və bir də əsl dostluğun olur o kəslə. Bir-birləri ilə rinqə çıxıblar elə bil. Toyun rəqs meydançası isə, "Dəli Kür" filmində mollaların rəqs fraqmentini xatırladır. Bu biabırçılıq nə vaxt aradan qalxacaq? Axı biz belə deyildik! Niyə kimlərə öz dəyərli adətlərimizi öyrətməyə çalışmırıq? Əvəzinə isə başqalarında bütün eybəcərlikləri mənimsəməyə çalışırıq.
Hər biriniz öz övladlarınızın toyunda bu adətləri bərpa etsəniz, ümüd edirəm ki, vəziyyət xeyli düzələcək." ans