Hürrəm Sultanın ölüm tarixi məlum oldu
Bir necə həftə sonra Sultanın ölümü reallaşacaq
13 Mart 2014 18:41 MədəniyyətTürkiyənin məşhur "Muhteşem Yüzyıl" serialında Şəhzadə Mustafa və Şahzadə Cihangirin ölümündən sonra Hürrəm Sultanın da ölüm tarixi məlum olub. "Kanaltürk" kanalında verilişlərin birində filmin növbəti serialında baş verənlər barədə məlumat verilib. Bildirilib ki, Hürrəm Sultan 7 həftə sonra 134-cü bölmdə öləcək.
Qeyd edək ki, hazırda "Muhteşem Yüzyıl" serialının 127-ci bölümdədir.
Tarixi faktlara görə, Hürrəm Sultan 18 aprel 1558-ci ildə vəfat edib. O, Süleymaniyyə məscidindəki, Cənnət bağı rəsmini əks etdirən, incə İznik kirəmitindən tikilmiş türbədə dəfn olunub. Onun türbəsi Süleymanın türbəsiylə bitişikdir. ans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31