Novruz bayramında “Qırmızı papaq” göstəriləcək...

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın hazırlıq prosesləri yekunlaşmaq üzrədir. Dramaturq  Yevgeni Şvartsın "Qırmızı papaq" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası  15-16 mart tarixlərində saat 12.00 və 14.00-da nümayiş etdiriləcəkdir.

Tamaşanın  quruluşçu rejissoru  teatrın  baş  rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, bəstəkarı Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Səhnə əsərini ruscadan tərcümə edən Nigar Həmidova, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor köməkçisi Sona Mustafayevadır. 

Novruz bayramı ərəfəsində nümayiş etdiriləcək tamaşada Əməkdar Artist Almaz Mustafayeva, aktyorlar Məsumə Babayeva, Hüsniyyə Əhmədova, İlqarə Tosova, Xalidə Əliməmmədova, Günel Məmmədova, Səbinə Məmmədova, Zülfiyyə Alhüseynova, Zümrüd Quliyeva, Roza İbadova, Qədirhüseyn İsmayılov, Ədalət Əbdülsəməd, Müşfiq Əliyev, Aydın Dəmirov, Vüsal Mehrəliyev, Elşən Hacıbabayev iştirak edəcəklər. 

Həm uşaqlara, həm də böyüklərə yaxşı məlum olan bu əsər Keçəl, Kosa, Qırmızı papaq və onun meşədəki dostlarından bəhs edir...

Tamaşa mart ayının 15-dən - 25-dək saat 10.00, 12.00 və 14.00-da məktəblilərin yaz tətilində nümayiş etdiriləcəkdir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31