Mustafa Ceceli şirkət açdı

Bizneslə məşğul olan sənətçilər sırasına türkiyəli müğənni Mustafa Ceceli də qoşulub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı oğlu Arının şərəfinə "Arın's Home" adlı tikiş şirkəti açıb. M. Ceceli və xanımı Sinəm məhsullarla gözlədiklərindən çox şəxsin maraqlandığını bildiriblər.

Mustafa Ceceli ilk mərhələdə satışın yalnız internet vasitəsilə həyata keçirildiyini, bir müddət sonra mağaza açmağı planlaşdırdığını əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31