Acundan möhtəşəm yarışma gəlir

Yarışmada 15 iştirakçı boş bir ərazidə texnologiyadan uzaq kənd həyatı keçirir

Türkiyəli məşhur aparıcı və prodüser Acun Illıcalı yeni layihələrinə start verir. Bir çox öndə gedən veriliş və proqramların yaradıcısı olan Acun TV8-i aldıqdan sonra kanalda yeni proqramlara yer verəcəyini bildirmişdi. Az müddət keçməyinə baxmayaraq Acun ilk layihəsini reallaşdırır.

Belə ki, dünyanın bir çox ölkələrində keçirilən "Utopiya" yarışmasının Türkiyə versiyası baş tutacaq. Adıçəkilən yarışmada 15 iştirakçı boş bir ərazidə texnologiyadan uzaq kənd həyatı keçirir. 365 gün davam edən oyun yüzlərlə kamera tərəfindən qeydə alınır və yayımlanır. Acun layihənin ideya müəllifi, hollandiyalı Con de Mol Acunla görüşərək müqavilə imzalayıb. Hazırda teleaparıcının heyəti İstanbulun Qara dəniz sahilində yerləşən Şile səmtində münasib ərazi axtarır. 

Xatırladaq ki, ötən günlərdə aparıcının körpə qızının fotosu yayılıb. Acunun sevgilisi Şeyma Subaşı 2 aylıq körpənin yatarkən çəkdiyi şəklini paylaşıb. Qızın əmziyinin üzərində "Atasının qızı" sözləri yazılıb. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31