"Mühteşem yüzyıl"ın sultanı yeni sevgilisi ilə

Pelin Karahan W Hotel-də təşkil olunmuş gecəyə Güntay ilə əl-ələ gəlib

Həyat yoldaşından yeni boşanan Türk aktrisası yeni sevgilisi ilə görüntülənib.  Türkiyədə izləmə rekordu qıran "Mühteşem Yüzyıl" serialında Mihrimah Sultan obrazını canlandıran məşhur aktrisa Pelin Karahan kameralara tuş gəlib. Sənətçi ötən gecə yenə də idman salonunda tanış olduğu yeni sebgilisi Bedri Güntay ilə birlikdə tədbirə qatılıb.  Sevilən aktrisa W Hotel-də təşkil olunmuş və bir çox məşhurların qatıldığı gecəyə Güntay ilə əl-ələ gəlib. Nəticədə isə cütlüyün eşq yaşaması təsdiqlənib və sevgiulərini hər kəsə elan ediblər.

Qeyd edək ki, aktrisa keçmiş həyat yoldaşından iki tərəfli razılıq ilə məhkəməyə müraciət etmişdilər. Cütlük aralarında heç bir maddi mənəvi təzminat söhbətinin olmayacağını bildirib. Pelin ayrılıqlarına səbəb olaraq keçmiş həyat yoldaşı ilə aralarında xasiyyət tutuşmaması və anlaşmanın olmadığını bildirib. Tərəflər İstanbul Ədliyyəsində baş tutan boşanma məhkəməsinin mətbuata qapalı keçirilməsini istəyiblər. Media nümayəndələri çölə çıxdıqdan sonra isə onlar cəmi 10 dəqiqə ərzində prosesi yekunlaşdıraraq rəsmən boşanıblar. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31