Cenniferin övladını surroqat ana dünyaya gətirəcək
19 Fevral 2014 18:30 MədəniyyətTanınmış aktrisa Cennifer Eniston ən böyük arzusuna çatacaq.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 44 yaşlı Hollivud ulduzu gələn il övlad sahibi olacaq.
Lakin aktrisa bunu təbii yolla deyil, surroqat ananın köməyi ilə reallaşdıracaq. Eniston normal üsulla ana olmaq şansının az olduğunu öyrəndikdən sonra həkimlərlə danışıb. Sənətçinin həyat yoldaşı Castin Teroks əvvəlcə bu təklifə etiraz etsə də, sonradan razılığa gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31