Türk kürəkənimiz restorandan qovuldu

Tolqa Karel: “Bu məkanı unutmayacam, buranın adı nədir?” deyərək qışqırıb

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayevanın həyat yoldaşı aktyor Tolqa Karel restorandan qovulub. ANS PRESS-in məlumatına görə, ölkəmizdə daha çox "Yaprak dökümü" serialı ilə ulduzu parlamağa başlayan yaraşıqlı sənətçi ötən gün yeni qalmaqala imza atıb. "Survivor" yarışmasına qatılmaq üçün saçlarını qırxdıran aktyor yeni imici ilə gecə saatlarında məşhurların toplandığı məkanın qarşısında sərxoş halda kameralara tuş gəlib.
Yaxın dostlarını ətrafına toplayıb şənlənən Tolqa spirtli içkinin təsirindən ətrafındakıları narahat edib. Səbəbi bilinməyən bir söz-söhbətə qatılan sənətçi qalmaqalın daha da böyüməməsi üçün mühafizə işçiləri tərəfindən məkandan çölə çıxarılıb. Məkanın qarşısında onu görüntüləyən kameraları görən T.Karel: "Bu məkanı unutmayacam, buranın adı nədir?" deyərək narazıçılığını bildirib. Daha sonra isə dostları onu avtomobilə otuzdurmaq istəsələrdə faydası olmayıb.

Qeyd edək ki, ötən günlərdə Günay Musayeva ilə Tolqa Karelin ayrılıq xəbərləri yayılıb. Cütlük boşanmaları barədə yayılan məlumatları təkzib ediblər. Lakin aktyor azərbaycanlı model olan həyat yoldaşının ad günü partisinə qatılmayaraq ayrılıq barədəki şübhələri daha da artırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31